Məktəbimizin şagirdləri Bakı Bilim Mərkəzində oldular

Aprelin 17-də məktəbin 6-8, 9-11, 12-14 yaş qrupundan olan 3 "A", 6"A", 3" D " sinif şagirdləri Bakı Bilim Mərkəzində oldular. 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirməsinə dəstək olan Mərkəzin müxtəlif laboratoriyalarında uşaqların iştirakı, yaş qruplarına uyğun olaraq qrup şəklində təlimlərə qatılması onlarda gözəl əhvali-ruhiyyə yaratdı. Şagirdlərimiz yeni təlim metodları ilə tanış olaraq rəsm işləri nümayiş etdirdilər.