Gələcəyini qurmaq üçün ilk addımı at!

  Gələcəyini qurmaq üçün ilk addımı at! Aprelin 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının əməkdaşları tərəfindən məktəbdə maraqlı və interaktiv təlim keçirildi."Məktəbdən karyeraya" adlı bu təlimdə 8,9,10 və 11-ci sinif şagirdləri əmək bazarının real vəziyyəti, gələcəyin peşələri və uğurlu seçim üçün vacib addımlar haqqında məlumat əldə etdilər. Onları düşündürən suallar cavablandırıldı, faydalı tövsiyələr verildi. Təlimlin əsas məqsədi şagirdlərin ixtisas və peşə seçimində daha şüurlu qərarlar verməyə kömək etmək, gəncləri əmək bazarının imkanları ilə tanış etmək və karyera yollarını düzgün planlaşdırmağa dəstək olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi