Məktəbimizin 11-ci sinif şagirdləri "Zəkaların Mübarizəsi" adlı olimpiadada iştirak etdilər

Məktəbimizin 11-ci sinif şagirdləri "Zəkaların Mübarizəsi" adlı olimpiadada iştirak etdilər. Bilik yarışmasında Riyaziyyat, rəqəmsal, texnologiya, təbiət, humanitar, eyni zamanda mədəniyyət və incəsənət elmləri üzrə şagirdlərin bilik və bacarıqları yoxlanılmışdır. Tapşırıqlar həm Azərbaycan, həm rus dilində təqdim edilmişdir. Şagirdlər təqdim edilən tapşırıqları ekranda görərək onlara ayrılmış zamanda cavablandırmışlar. Onbirincilər fəal iştirak edərək 12 balla, 3-cü yerə layiq görülmüşdür.