Dəyərlərimizi qoruyaq

Martın 4-də məktəbdə "Dəyərlərimizi qoruyaq adı altında od çərşənbəsinə dair şagirdlərin əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə Novruz adət-ənənələri haqqında şəkillər nümayiş olundu. Məktəbin ibtidai siniflərində Novruz adət və ənənələri haqqında maarifləndirici məlumatlar verildi, şagirdlər videoçarxa baxdılar."2C" sinfi və sinif rəhbəri Arzu müəllim Novruz bayramı haqqında şagirdlərə məlumat verdi. Novruz Azərbaycanın milli bayramıdır. Şagirdlər Novruz bayramına həsr olunmuş açıq dərsdə bayramın adət və ənənələrindən danışmış, şeirlər söyləmişlər. Onlar "qapı pusma" ," papaq atdı" kimi adətləri yerinə yetirmişlər. Məktəbin foyesində " Bahar bayramı və Yaşıl dünya " adlı sərgi təşkil olunmuşdur.