26 fevral Xocalı faciəsi günüdür

   26 fevral Xocalı faciəsi günüdür. Məktəbin tədbirlər proqramına uyğun olaraq Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbirləri keçirildi. İlk dərslər Xocalı soyqırımına həsr olundu. Məktəbin yuxarı sinif və ibtidai siniflərində şagirdlərə soyqırım haqqında maarifləndirici məlumatlar verilmiş, erməni vəhşiliklərini əks etdirən slaydlara baxmışlar. Daha sonra məktəb foyesində şagirdlərin əl işləri göstərilmişdi. Yuxarı sinfin sinif rəhbərləri, tarix müəllimləri ,Sinidənxaric və Məktəbdənkənar Təşkilatçı Məlikova Aygün, Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat vermişlər.Mövzunun davamı olaraq məktəb foyesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Daha sonra məktəb kollektivi Ana harayı abidəsini ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi