Kitab bilik mənbəyidir

  Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

   Fevralın 13-də məktəbin 1 "A" sinfində kitab bağışlanma günü qeyd olundu. "Kitabla dost ol, ən fəal oxucu ol "şüarı altında şagirdlər bir-birlərinə kitab bağışlamışlar. Şagirdlər məktəb kitabxanasına könüllü olaraq kitab hədiyyə etmiş, kitabla bağlı şeirlər, aforizmlər söyləmiş, kitabın müdrik vasitə olduğunu bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi