Könül qazanmaq qəlb qırmaqdan gözəldir
Həyat paylaşdıqca gözəldir. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliy Günü ilə əlaqədar məktəbin UBTR-i Hümbətova Vüsalənin təşəbbüsü və MSTT Məlikova Aygünün iştiarkı ilə " Ümid evi" sığınacaq mərkəzində oldular. Onlar sığınacaqda yaşayan uşaqlarla görüşmüş, onlarla söhbət etmiş, viktorina yarışması təşkil etmişlər. Eyni zamanda balaca dostlara kiçik hədiyyələr təqdim olunmuşdur. Bayram şənliyində uşaqların sevinci , üzlərindəki təbəssüm bu hədiyyələri onlara bəxş edən şagird və müəllim kollektivi üçün ən yüksək qiymət idi.