Təbiəti qorumaq vətəni qorumaq deməkdir !
Noyabrın 1-də 2-ci və 3- cü sinif şagirdləri ilə birlikdə məktəbin kitabxanasında COP -29 mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Şagirdlər öz fikirlərini rəngli boyalarla da əks etdirmişlər. Onlar həm təbiət haqqında fikirlər irəli sürmüş, həm də yaradıcılıq işlərini nümayiş etdirmişlər. Mövzu ilə bağlı əl işlərindən ibarət maketlər dəyirmi masaya xüsusi gözəllik vermişdir. Tədbirdə iştirak edən təhsilalanlar həm Azərbaycan, həm də rus bölməsinin şagirdləridir. Məqsədimiz təbiətlə yanaşı öz ana dilimizi sevdirməkdir.
Mövzunun davamı olaraq müxtəlif siniflərdə tədbirlər keçirilmişdir. 3 "C", 2"A",4"A" siniflərində şagirdlər divar qəzeti hazırlamış, təbiətlə bağlı videoçarxlara baxmışlar. Bədii hissədə isə onlar şeirlər söyləmiş, onlara verilən tapmacaları cavablandırmışlar.