"Hərəyə bir gül, bir ağac əkək!" adlı tədbir keçirildi

  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu il Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir. Bununla bağlı Tədbirlər planına uyğun olaraq  məktəbimizdə bir sıra tədbirlər keçirilməkdədir. "Hərəyə bir gül, bir ağac əkək!" devizi altında bugün məktəbin həyətyanı sahəsində 30-dan çox gül bitkiləri şagirdlər tərəfindən böyük həvəslə əkilmişdir. Məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər bu aksiyada fəal iştirak etdilər. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri eyni zamanda payız kompozisiyaları nümayiş etdirmişlər. Onlar COP-29-la bağlı fotoşəkillər çəkmiş ,şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Sonda şagirdlər çətirlərdən istifadə edərək tədbiri yekunlaşdırmışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi