Yaşıl dünya naminə həmrəylik ili

  Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz tövhəsini verir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Oktyabrın 18-də məktəbin 5 "B" sinfi COP tədbirlər planının icrası ilə bağlı "Təbiəti qoruyaq " adlı tədbirdə iştirak etdilər. Sinif rəhbəri Eyyubova Natavan, Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə, Təşkilatçı Aygün Məlikova, Kitabxana müdiri Useynova Zenfira çıxış edərək dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri haqqında şagirdlərə ətraflı maarifləndirici məlumatlar vermiş, məruzələr etmişlər. Daha sonra şagirdlər akvarel boyalardan istifadə edərək stəkan üzərində  təbiət rəsmləri yaratmışılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi