Uşaq hüquqları aylığı keçirildi

 Uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir: “Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir”.“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən yeni tarixi bir dövr başlanıb. Uzun illərdir işğaldan əziyyət çəkən və nəticə olaraq fundamental hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz fəxarətlə öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qayıdır. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uzun həsrətdən sonra uşaqlar ümumtəhsil məktəblərində təhsil alır, onların sevinc dolu səsləri eşidilir.

     Məktəbin ibtidai siniflərində “Uşaq hüquqları haqqında” rəsm sərgiləri nümayiş olundu. Mövzunun davamı olaraq şagirdlər "Uşaq hüquqları haqqında Konvensiyadakı" maddələr haqqında danışmışlar. Təşkilatçı M.Aygün, UBTR H.Vüsalə,  sinif rəhbərləri X.Lamiyə ,S.Xanım şagirdlərə maarifləndirici məlumatlar vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi