Anım günü ilə bağlı məktəb foyesində sərgi təşkil olunmuşdur

  Sentyabrın 27-də məktəb foyesində Anım günü ilə bağlı  sərgi təşkil olunmuşdur. Sərgidə 44-günlük müharibədə şəhid olan əsgərlərin fotoları nümayiş olunmuşdur. Məktəbin ibtidai sinfində təhsil alan təhsilalanlar  şeirlər söyləmiş, müharibə haqqında  video-çarxlara baxmışlar. Məktəb kitabxanasında dəyirmi masa keçirilmiş, şəhidlərin əziz xatirəsi yad edilmişdir.

  Mövzunun davamı olaraq məktəbin yuxarı sinif şagirdləri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində oldular.Dərnək rəhbəri Aişə Abdullayeva  Anım Gününə həsr olunmuş "Ölümsüzlük qazanan qəhrəmanlar" şüarlı  dəyirmi masa keçirdi. Azərbaycan Respublikasının dövlət himni dinləndi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vətəni,milləti uğruna ölümü gözə alan yurdumuzun mərd oğul və qızları vətən uğurda şəhadətə ucalan qəhrəman əsgər və zabitlərimizə həsr olunmuş suallar ətrafında biliklərini nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi