Anım günü keçirildi

 27 Sentyabr Azərbaycan tarixində Zəfər qələbəsinə gedən yol "Anım günü" kimi qeyd edilir. Bu gün bizim bir gözümüz ağlayır, digər gözümüz vüqar doludur. İtirilmiş torpaqlarımızı qaytarmaq üçün 3000-ə yaxın silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olmuş,100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş,1000 nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirmişdir. İşğal  olunmuş torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

     Məktəbdə ilk dərs saatı Azərbaycan  Respublikasının dövlət himni ilə başlamış,daha sonra şəhidlərimizin əziz xatirəsi naminə Vətən müharibəsi şəhidləri  bir dəqiqəlik sükutla yad edilmiş, siniflərdə, dəhlizdə, kitabxanada şəhidlər üçün guşələr yaradılmış, şagirdlər və müdiriyyət tərəfindən nitq söylənmişdir.

      Saat 12-də şəhidlərin anım mərasimi "Cənab leytenant" vətənpərvər mahnısı ilə yekunlaşmışdır.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi