Bilik gününüz mübarək

  Sentyabrın 16-da məktəbimiz  Bilik günü  münasibəti ilə öz qapılarını sevimli şagirdlərinin  üzünə açmışdır. Bilik gününə həsr olunmuş açılış Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Vətən müharibəsində həlak olmuş şəhidlər anıılmışdır. Aparıcı məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə birinciləri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Məktəbin direktoru Rzayeva Elida çıxış edərək şagirdlərə  ən xoş arzularını çatdırmışdır. 

   Hər il fərqli bir ölkənin ev sahibliyio etdiyi 29-cu Tərəflərin Konfransı COP cari tədris ilinin noyabrın 11-dən 22-dək qürurla və iftixarla deyə bilərik ki, paytaxtımız,  odlar yurdu Bakı şəhərində keçirilmişdir.Bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2024-cü ili "Yaşıl dünya " ili naminə həmrəylik ili elan edilməsi haqqında sərəncam imzalamışdır. Tədbirin  bədii hissəsində də birincilər vətənpərvərlik mövzusunda  şeirlər söyləmişdir. Məktəbin şagirdləri COP tədbirlər planına uyğun olaraq "Təbiətin arzusu" adlı kompozisiyalarını ifa etmişlər. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi