Xaricdə təhsil almaq hüququ qazanmış şagird
Bakıdakı 1 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alan Gülnur Ağakişiyeva ABŞ-ın ən nüfuzlu universitetlərində təhsil almaq və təqaüd almaq hüququ qazanıb. O, İllinoys Universiteti Urbana-Şampeyn (UIUC), Purdue Universiteti və Pensilvaniya Universitetlərindən dəvət alıb. Bununla yanaşı, məktəbli Corc Vaşinqton Universitetindən 15 000 ABŞ dolları (25 500 manat), Fordham Universitetindən isə ildə 25 000 ABŞ dolları (42 500 manat) təqaüd alıb. G. Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən FLEX (Gələcək Liderlər Mübadilə Proqramı) proqramının finalçısıdır.