Narkomaniyaya yox deyək !

 Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi. Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən maarifləndirici  tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştiak edərək öz fikirlərini bildirdilər. Tədbiri giriş sözü ilə açan Nəsimi  rayon Polis İdarəsinin rəisi, polkovnik Mirnemət Mirbabayev bildirdiki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib.Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələlərdəndir. Mövzunun davamı olaraq "Siqaret və tütün məhsullarının orqanizmə ziyanı,", "Alkoqolizm və Narkomaniya","Erkən nikahı fəsadları" haqqıpnda danışılmış, maarifləndirici söhbətlər aparılmışdır.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi