Məktəbdə riyaziyyat fənni üzrə açıq dərs keçirilib

Fevralın 10-da riyaziyyat müəllimi Afət İbrahimovanın 7 "a" sinfində “İki ifadə cəminin və fərqinin kubu” mövzusunda açıq dərsi baş tutmuşdur. Dərs səmərəli və yeni pedaqoji metodlar üslubunda keçirilmişdir. Müəllim mövzunu riyazi nöqteyi-nəzərdən slaydlar vasitəsilə şagirdlərə tədris etmişdir. Bununla bərabər, açıq dərsdə Xocalı faciəsinin 25-ci ildönümü də yad edilmişdir. Açıq dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etmişlər. Onlar dərsi yüksək qiymətləndirmiş və müəllimə pedaqoji fəaliyyətində uğurlar arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi