Azərbaycanın bayraqdar təşkilatı
Yanvarın 25-də Nəsimi rayonu YAP təşkilatının 1 nömrəli tam orta məktəb üzrə hesabat-seçki yığıncağı keçirilmişdir. Məktəbin Yeni Azərbaycan Partiyasının üzvləri yığıncaqda iştirak etmişlər. İlk partiya təşkilatının sədri Useynova Zenfira görülən işlər barədə ətraflı məlumat vermişdir. Məktəbin direktoru Elida Rzayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Fərəh Günəşova və tərbiyə işləri üzrə direktor müavini Aygün Məlikova məktəbdəki ilk partiya təşkilatının apardığı işləri müsbət qiymətləndirmişdir. İclasın qərarına əsasən, Zenfira Useynova ilk partiya təşkilatının sədri , Natəvan Eyubova isə müavin seçilmişlər. Sevindirici haldır ki, pedaqoji kollektivin 10 üzvü Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişdir. Yığıncaqda YAP Nəsimi rayon təşkilatının X konfransına 2 nəfər nümayəndə də seçilmişdir.