Narkomaniyaya –yox!

Məktəbimizdə “ narkotik vasitələrin , psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair ( 2013 -2018 ) Dövlət proqramı” nın icrası ilə əlaqədar müxtəlif işlər görülmüşdür. Mövzunu daha ətraflı izah etmək üçün dərs saatları, video çarxlar hazırlanmışdır. Biologiya müəllimi Fikrətli Eteri mövzu ətrafında tövsiyə, maarifləndirici xarakterli söhbətlər aparmışlar. “Bəşəriyyətin bəlası” adlı dəyirmi masada şagirdlərdə öz fikirlərini müstəqil söyləmiş, bu xəstəliyin fəsadlarından danışmışlar. Məktəbin həkimi və tibb işçisi bu xəstəlikdən qurtulmaq və ya heç yoluxmamağın yollarını izah etmişlər. Şagirdlər referat yazılar yazmış, mövzuya aid stendlər, divar qəzetləri tərtib etmişlər. Mövzu ilə bağlı şagirdlərə tövsiyə vəsaitləri, maarifləndirici göstəricilər verilmişdir. Şagirdlər “Narkomaniyaya –yox! yox ! adlı rəsm şəkillərini sərgidə nümayiş etdirmişlər. Mövzu il boyu davam etdirilir , lazımi materiallarla , plakatlar və braşurlar ilə təkmilləşdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi