20 Yanvar – o müdhiş gecə

20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar olaraq məktəbdə müxtəlif istiqamətlərdə tədbirlər keçirilmişdir. Dəhlizdə mövzu ilə bağlı “O müdhiş gecə” adlı kompozisiya qurulmuş, kitab , stend və rəsm işləri ilə dəhliz bəzədilmişdir. Qərənfillər və yanan şamlar kompozisiyaya xüsusi məna verirdi. “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazılar yazılmış, “Qanlı şənbə gecəsi rənglərin dilində” adlı rəsm işləri 05.01.2017 –ci il tarixində məktəbdə sərgidə nümayiş etdirilmiş , sonra həmin işlər İcra Hakimiyyətinə göndərilmişdir. Kitabxanada mövzu ilə bağlı stend, guşə, fotoşəkillər təşkil edilmişdir. 17.01.2017 –ci il tarixində kitabxanada “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə tarix, ədəbiyyat müəllimləri mövzunu daha da ətraflı izah etmişlər. “Ağla qərənfil , ağla” adlı şeir kompozisiyası şagirdlərin ifasında dərin hüznlə səslənmişdir. Kitabxana müdiri Useynova Zemfira və təşkilatçı Məlikova Aygün tədbirin pedaqoji əhəmiyyətindən danışmış, hər il qeyd olunmasını vəzifə borcları olduğunu bildirmişlər. 18.01.2017 –ci il tarixində isə məktəbdə İcra Hakimiyyətinin xətti ilə 20 Yanvar faciəsi qeyd olunmuşdur. Sarabski adına Mədəniyyət saray işçılərinin nümayiş etdirdiyi səhnə tamaşaçıları həmin illərin acı xatirəsiniyad etdirdi. Məktəbin 9 –cu və 10 –cu sinif şagirdləri də Şəmistan Əlizamanlının oxuduğu musiqi sədaları altında hərbi geyimdə zala daxil olmuşlar. Bu görüntü tədbir iştirakçılarında vətənpərvərlik ruhunu daha da artırmışdır.19.01.2017- ci il tarixində məktəbin bir qrup şagirdləri Milli Dram teatrında tamaşaya qoyulmuş “Xəcalət” pyesinə tamaşa etmişlər. Eyni zamanda 1 –ci dərslər 20 Yanvar faciəsinə həsr edilmişdir. Şəhidlərimizi yad etmək məqsədi ilə Şəhidlər xiyabanına ziyarət təşkil edilmişdir.Mövzu ilə əlaqədar hər sinif divar qəzetləri , müəllimlər təşkilat saatları keçirmişlər. Tərtib olunmuş slaydlar mövzunu əyani və tarixi məqamlarını daha da dəqiq işıqlandırmışdır. Slaylarda səslənən mahnılar mövzunu lirik, duyğulu, həyəcanlı etdirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi