Məktəbin ibtidai sinif şagirdləri muzeyə ekskursiyaya getdilər

   Mayın 18-də məktəbin ibtidai sinif şagirdləri muzeyə ekskursiyaya getdilər. 2"B", 3"C", sinif şagirdləri, sinif rəhbərləri ilə birlikdə "Suraxanı" gəmi muzeyində oldular. Həmçinin  şagirdlərimiz  muzeyin zallarında olan yeni və müasir texnoloji avadanlıqları izlədilər. Muzeyə daxil olan ziyarətçilərimiz kapitan və baş köməkçi ilə tanış oldular, gəmidəki heyət üzvləri haqqında məlumat topladılar. Ümumilikdə 10 ekspozisiya  zalından ibarət olan muzeydə ibtidai sinif şagirdlərimiz Xəzərin tarixi, Abşeronda neft hasılatı, gəmiçiliyin ayrılmaz alətlərindən olan naviqasiya alətləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla ətraflı tanış olaraq maarifləndirici məlumatlar topladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi