Təbiət ve texnologiya
Təhsil Nazirliyinin xətti ilə “Təbiət və texnologiya” adlı mövzu təşkil olunmuşdur. Mövzu slaydlar və əyani vəsaitlərlə tam izah olunmuşdur. Təlim saatında 10-11-ci siniflər, coğrafiya müəllimi Babayev Sadiq, biologiya müəllimi Fikrətli Eteri iştirak etmişdilər. Tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün belə təlim saatlarının şagirdlər üçün əhəmiyyətli olduğunu qeyd etmiş, seminarın təşkilatçılarına minnətdarlıq bildirmişlər. Müəllimlər şagirdlərə qida təhlükəsizliyi haqqında ətraflı məlumat verdilər. Şagirdlərə zərərli qidalardan uzaq durmağı, idmanla məşqul olmağı məsləhət gördülər. Müxtəlif mövzular üzrə belə saatların keçirilməsi təlim prosesini daha da səmərəli və keyfiyyətli edir.