Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur
Ümumilli lider H.Əliyevin xatirə gününə aid tədbirlər keçirilmişdir. Mövzu ilə bağlı şagirdlər referat yazılar , video slaydlar tərtib etmişlər. Tarix müəllimi Məmmədbəyova Leyla “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı açıq dərs təşkil etmişdir. Dərsdə Heydər Əliyevin keçdiyi məşəqqətli həyat yolu xronoloji qayda üzrə izah edilmişdir. Mövzunu daha ətraflı izah etmək üçün kitabxanada “Günəş kimi parlaq ömür” adlı dəyirmi masa keçirilmiş , bədii hissədə şeirlər də səslənmişdir. Kitabxanada fəaliyyət göstərən “Xalqın qəlbində yaşayan müdrik nəsil” adlı guşə daima yeniləşir, materiallar, fotoşəkillər , kitablar guşəyə tövsiyələndirici xüsusiyyət verir. Mövzu ilə bağlı slayd nümayiş etdirilmişdir. Şagirdlər müstəqillik mövzusunda “Əsrə bərabər 25il” adlı rəsm işləri ilə hamının diqqətini cəlb etmişlər. Məlikova A, Həsənov Ç. tədbirin tarixi, siyasi və pedaqoji əhəmiyyətindən danışmış, şagirdlərə məsləhətlər də vermişlər. Useynova Zemfira bu tədbirlərin müntəzəm keçirilməsindən, şagirdlərin dövlətçilik ideyalarının təkmilləşdirilməsindən açıq söhbət etmişdir. 10 dekabr 2016-cı il tarixində Fəxri xiyabana ziyarət təşkil olunmuşdur. Hər sinif mövzunu divar qəzetində daha da rəngarən əks etdirmişdir.