Heydər Əliyev Mərkəzinə ekskursiya

30 noyabr 2016-cı il tarixində Təhsil Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur. Məktəbin 5,7 və 8-ci sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə və UBR Quliyeva Aydan Mərkəzdə olmuşlar. Şagirdlərimiz ümummilli lider Heydər Əliyev haqqında bir çox məlumatlar əldə etmişlər. Tarixi eksponatlar, maraqlı əl işləri, Qobustan qayaüstü rəsmlər, qədim zinyət əşyaları şagirdlərin marağına səbəb olmuşdur. Orada şagirdlər milli geyimlərimizlə, tariximizlə və musiqi alətlərimizlə yaxından tanış olmuşdur. Bununla yanaşı tariximizin ən önəmli məqamlarına toxunulmuş – Xocalı və 31 Mart soyqırımından söhbət açılmışdır. Bir çox görkəmli şəxsiyyətlərin geyimlərini və əşyalarını görmək şagirdlərin sevincinə səbəb olmuşdur. Belə ekskursiyaların təşkili müəllim və şagirdlərin intellekt səviyyəsini və dünyagörüşünü artırır. Ümidvaram ki, belə ekskursiyalar tez – tez təşkil olunacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi