Özümüz müxtəlif olsaq da, hüquqlarımız eynidir

Azərbaycan Respublikasının Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr 2016-cı il tarixlərində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu mövzu ilə əlaqədar məktəbdə seminar dərs saatları keçirilir. 10.11.2016-cı il tarixində coğrafiya müəllimi Sadiq Babayev “Uşaq Konvensiyası nədən bəhs edir?” adlı dəyirmi masada mövzunu tam ətraflı izah etmişdir. Konvensiyanın yaranma səbəblərindən, onun mahiyyətindən söhbət açmışdır. Kitabxana müdiri “Özümüz müxtəlif olsaq da, hüquqlarımız eynidir” mövzusu ilə çıxış etmiş, uşaqların hüquq və vəzifələrindən danışmışdır. Bu mövzuda şagirdlərin sualları cavablandırılmışdır. Mövzu ilə bağlı çəkilən rəsm işləri rəğbətlə qarşılanmışdır. Aygün Məlikova söyləmişdir ki, bu mövzu pedaqoji xarakter daşıdığı kimi tərbiyəvi, əxlaqi mövzunu da əhatə edir. Uşaq Birliyinin Rəhbəri Aydan Quliyeva uşaq hüquqlarına aid slaydlar nümayiş etdirmişdir. Tədbirin sonunda R.İlyasovun ifasında “Uşaqları qoruyaq” mahnısı səslənmişdir. Dəyirmi masada 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Dirçəliş Günü barədə söhbət aparılmışdır. Bununla bağlı şagirdlər referat yazılar tərtib etmişlər. Dəyirmi masada mövzunu ətraflı izah etmək məqsədi ilə “Azərbaycan” adlı video nümayiş etdirilmişdir. Şagirdlər müəlimlərin köməyi ilə mövzuya uyğun rəsmlər, foto guşələr divar qəzetləri tərtib etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi