Hüseyn Cavid yaradıcılığını təbliğ edək

Noyabrın 4-də “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı qrant layihə üzrə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa Cavidin ev muzeyinin əməkdaşları tərəfindən təşkil olunmuşdur. Muzeyin direktoru G.Babaxanlı belə görüşlərin məktəblərdə keçirilməsinin tərəfdarı olduğunu söyləmişdir. Onlar Cavid yaradıcılığının ingilis dilinə tərcümə edilməsindən danışmış, bu sahədə N.Babaxanovanın, F.Əliyevanın böyük xidmətləri olduğunu bildirmişlər. Muzey əməkdaşı Natiq müəllim məktəbimizin direktorunu Elida Rzayevaya bu dəyirmi masanın təşkil edilməsinə görə öz təşəkkürünü bildirmişdir. Dəyirmi masanın təşkilində Azərbaycan Gənclər Fondu da fəal iştirak etmişdir. Fonddan gələn nümayəndə Vaqif müəllim bu ideyanı dəstəkləmişdir. Məktəbin kitabxana müdiri Zemfira Useynova qonaqlara bu görüş üçün və bağışlanan kitablar üçün minnətdarlığını bildirmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfəq Tağıyeva Cavidin tədris olunma metodlarından söhbət açmışdır. Qeyd edək ki, dəyirmi masada 9-10-11-ci sinif şagirdləri iştirak etmiş və verilən məlumatlardan bəhrələnmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi