Yol təhlükəsizliyi pasportunun yaradılması
13.10.2016 –cı il tarixində 8№ -li məktəbdə “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair” tədbir keçirilmişdir. Tədbirdə A.Allahverənov “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, M.Muğalova – 46 № - li məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru , F.Süleymanova – şöbə müdiri və V.Əsədov – Bakı şəhəri BPİ DVPİ – nin bölmə rəisi iştirak etmişlər. Onlar uşaqların yol qaydalarına riayət edilməsindən , müəllim və valideynlərin onlara nəzarətindən , maarifləndirici seminarların təşkil edilməsindən söhbət açdılar. Mövzu ilə bağlı metodik tövsiyələr dəvət olunanlara paylanıldı. Tədbirin təşkilatşıları bildirdilər ki, belə seminarların hər məktəbdə keçirilməsi mütləqdir. Çünki uşaqları xoşagəlməz yol təhlükələrindən qorumaq bütün ictimaiyyətin borcudur. Maarifləndirici tədbirdə məktəbimizin kollektivi də iştirak etmiş , dəyərli məsləhətlər əldə etmişlər.