"Sən sahibkarsan" adlı vahid dərs

30 sentyabr 2016-cı il tarixində məktəbdə yeni iqtisadi vəziyyətlə əlaqədar olaraq “Sən sahibkarsan” mövzusu barədə vahid dərs təşkil olunmuşdur. Vahid dərsdə coğrafiya müəllimi Babayev Sadiq mövzu haqqında ətraflı danışmış, onun mahiyyətini şagirdlərə izah etmişdir. Tarix müəllimi Məmmədbəyova Leyla mövzunu slaydlar əsasında təkmilləşdirmişdir. Vahid dərs saatında 8,9,11-ci sinif şagirdləri iştirak etmişlər . Şagirdlər mövzuya uyğun təqdimatlar hazırlamışlar. Kitabxana müdiri Useynova Zemfira Z.Tağıyevin sahibkarlıq fəaliyyətindən şagirdlərə suallar vermiş, digərləri haqqında məlumatlar da çatdırmışdır. Şagirdlər öz fikirlərini açıq tərzdə söyləmiş , müasir dövrdə sahibkarlığın əhəmiyyətindən danışmışlar. Tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün belə dəyirmi masaların pedaqoji cəhətini müsbət qiymətləndirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi