“Dünya uşaqların gözü ilə” adlı musiqili əyləncəli bayram şənliyi

31 may 2016-cı il tarixində məktəbdə 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Dünya uşaqların gözü ilə” adlı musiqili , əyləncəli , kütləvi tədbir keçirilmişdir. Bayram şənliyində R.İlyasovun oxuduğu “uşaqları qoruyaq” mahnısı səslənmiş, aparıcı bayramın mahniyyətindən tolerantlıq və multikulturalizm ilinin elan edilməsindən də məlumat vermişdir.Tədbirə müxtəlif səfirliklərin nümayəndələri , Təhsil İdarəsinin əməkdaşları və Nəsimi rayonu İcra Hakimiyyətinin müavini Verdiyeva Gülarə xanım dəvət olunmuşlar. Tədbirin əsas məqsədi uşaqların Yer planetində Sülhü dəstəklənməsindən ibarətdir. Səyahət xarakterli tədbir 9 ölkənin –Türkiyə , Yunanıstan , Rusiya, İtaliya ,İspaniya, Fransa, Böyük Britaniya, Hindistan və Amerikanın tarixi, adət-ənənələri və rəqsləri ilə tanış olmaq, sonra bu ölkələrin uşaqları ilə Azərbaycana qayıtmaq və bizim milli dəyərlərimizi onlara nümayiş etdirməkdən bəhs edirdi. Hər bir ölkəyə aid slaydlar və rəqslər qurulmuşdur. Əlvan və rəngarəng kostyumlar tamaşaçıların zövqünü oxşamışdır. “Ritm” nağaraçalanlar dəstəsi öz bacarığını nümayiş etdirmiş, “Cücələrim” qrupunun çıxışı isə xoş əhval- ruhiyyə yaratmışdır. 10-cu ölkə - Odlar yurdu Azərbaycan olduğu üçün uşaqları müdrik Dədə Qorqud salamlayır. Sülh Göyərçinin bayramda söylədiyi sözlər hamının rəğbətinə səbəb olmuşdur. Ü.Hacıbəyovun “Cəngi”sinin sədaları altında rəqs etmiş, ekranda isə Azərbaycanın tanınmış şəxsiyyətləri nümayiş etdirilmişdir. M.Maqomayevin oxuduğu “Azərbaycan” mahnısı səslənəndə əsgər geyimli şagird əlində Azərbaycan bayrağını zala gətirdiyi vaxt hamı ayağa qalxmış və atəşfəşanlıq olmuşdur. Tədbirdə bəstəkar G.Həsənzadə və Nəsimi rayonu tam orta məktəb direktorları da iştirak etmişlər. İcra hakimiyyətinin müavini Verdiyeva Gülarə xanım öz ürək sözlərini söyləmiş, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Bayram şənliyinin təşkilatçıları - kitabxana müdiri Useynova Zemfira dil və ədəbiyyat müəllimi Tağıyeva Şəfəq , tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün, laborant Kərimova Röya məktəbdə təşkil olunan kütləvi tədbirlərin mədəni, pedaqoji ,əxlaqi əhəmiyyətindən danışmış, sinif rəhbərlərinə və valideyn komitəsinə təşəkkür bildirmişlər. Məktəbin foyesi mövzu ilə bağlı rəsm işləri ilə bəzədilmiş və hər ölkənin milli şirniyyatları, atributlarını əks etdirən guşələr təşkil olunmuşdur. Dəvət olunan qonaqlar foyedə səslənən canlı kamera musiqisini də dinləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi