Məktəbimizdə "Son zəng" tədbiri pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.
İyunun 14 –ü məktəbimizdə "Son zəng" tədbiri pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir. 11-cilər öz ürək sözlərini musiqi ilə bildirmiş, rəqslərlə gələn qonaqlara, valideynlərə və müəllimlərə xoş ovqat bəxş etmişlər. "Son zəng" tədbiri Zəfər tariximizi əks etdirmişdi. Müəllimlər , şagirdlər Səməd Vurğunun "Azərbaycan " şeirini xüsusi həvəslə söyləmişlər. Tədbirdə Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndəsi Əsgərov Fuad çıxış edərək , onbirincilərə ürək sözlərini bildirmişdir. Məktəbimizin direktoru E. Rzayeva şagirdlərə gələcək həyatında uğurlar arzulamışdır.