Xocalı Soyqırımı
Fevralın 26-da Xocalı Soyqırımının 29-cu ildönümü məktəbdə yad edildi. Birinci dərs saatları Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuşdur.Müəllimlər video-çarxlar hazırlamış və mövzu ətrafında şagirdlərə məlumat vermişlər. Sinif otaqlarında mövzu ilə bağlı foto sərgi təşkil olunmuşdur. Məktəbin foyesində sərgi nümayiş etdirilmişdir. Mövzunun davamı olaraq kitabxanada məlumat-informasiya guşəsi, foto-şəkil sərgisinə aid kompozisiya qurulmuşdur.