Şagirdlər asudə vaxtlarını səmərəli keçirir
Mayın 2-də məktəbin müəllimi Natəvan Eyyubova şagirdlərlə birlikdə Zirə Mədəniyyət Mərkəzi Eko- Parkda olmuşlar. Bildiyimiz kimi, bu mərkəz İlham Əliyev, H.Əliyev Fondunun prezidenti Mehriban xanım və “İdea” ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanımın iştirakı ilə açılmışdır. Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi üçün park böyük əhəmiyyət kəsb edir. Parkda maarifləndirici xüsusiyyət daşıyan bölmələr – Xalça Tədris Mərkəzi , Xalça Muzeyi və kurslar fəaliyyət göstərir. Filmlərin yüksək səviyyəli nümayişi Cinema zalında şagirdlərin sevincinə səbəb olmuşdur. Müxtəlif növ attraksiyonlar , kiçik yaşlı uşaqlar üçün meydança və trenajor qurğuları parkda əylənməyə və çox gözəl istirahət etməyə şərait yaradır. Elektron kitabxana həm şagirdlərin , həm də müəllim və valideynlərin xoşuna gəlmişdir. Şagirdlərimiz şahmat üzrə öz məharətlərini də nümayiş etdirmişlər. Ən vacib və bu gün üçün ekoloji əhəmiyyət kəsb edən ağacəkmə işini çox böyük əhval-ruhiyyə ilə şagirdlər , müəllim və valideynlər yerinə yetiriblər. Hərəyə bir ağac əkmək hər bir azərbaycanlı vətəndaşın borcudur. Gənc nəslin tərbiyə olunmasında təhsillə yanaşı, onların sağlam böyüməsinə , asudə vaxtlarının səmərəli və pedaqoji metodlara əsaslanan formada keçirilməsinə dövlət həmişə diqqət göstərmişdir.