S.Vurğunun 110 illik yubileyinə həsr olunmuş “Bizdə şeir də var sənət də vardır , şairə , sənətə hörmət də vardır !” adlı ədəbi –bədii dəyirmi masa
14.04.2016-cı il tarixində məktəbdə Xalq şairi S.Vurğunun 110 illik yubileyinə həsr olunmuş “Bizdə şeir də var sənət də vardır , şairə , sənətə hörmət də vardır !” adlı ədəbi –bədii dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa sual xarakterli olduğu üçün şagirdlər onları maraqlandıran sualları səsləndirmişlər. Sualları dəvət olunan qonaqlar - S.Vurğunun ev muzeyinin əməkdaşları Qədimova N. Vurğunşünas Aslan Salmansoy , Zərəngiz Dəmir Qayalı (Azərtacın müxbiri) və məktəbin müəllimləri- Tağıyeva Ş. Şahverdiyeva G. kitabxana müdiri Useynova Z. cavablandırmışlar. Şagirdlər şairin şeirlərindən lirik kompozisiya da hazırlamışlar. Şagirdlərdən ibarət aşıq dəstəsi həm qonaqların , həm də şairin ruhunu şad etmişlər. “Vaqif” dramından bir parçanı 10-cu sinif şagirdləri səhnələşdirmişdir. “Ananın öyüdü” adlı şeir bu gün də çox aktual səslənir. 9-11ci sinif şagirdlərindən - Hümbətova Ləman , Hümbətov Hümbət canlı səhnələşdirilmiş hissə yaratmışlar. Tədbirdə rus bölməsinin şagirdləri də iştirak etmişlər. Onlar şairin şeirlərini rus və ingilis dilində söyləmişlər. Təhsil İdarəsinin əməkdaşı Vəzufə xanım , F.Köçərli adına kitabxananın əməkdaşları - Tahirova N, Qafarova L , Əzizova T , M.Seyidzadə adına Uşaq kitabxanasının əməkdaşı Rzayeva C. tədbirin təşkilatçılarına təşəkkür bildirmişlər. Tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün belə tədbirlərin pedaqoji əhəmiyyətindən söhbət etmişdir. Məktəbin direktoru Rzayeva Elida dəvət olunmuş qonaqlara və təşkilatçılara təşəkkür elan etmişdir. Dəyirmi masa 3 mərhələdən təşkil olunmuşdur. Şairin ev muzeyinə ekskursiya , Fəxri xiyabanda məzarına ziyarət təşkil olunmuşdur. Muzeyin əməkdaşı Qədimova N.şairin yaradıcılığı ilə bağlı mühazirələr də oxumuşdur. Tədbirdə video layihələrdən geniş istifadə edilmişdir. Kərimova Röya və Quliyeva Aydan mövzuya aid çox maraqlı slaydlar tərtib etmişlər. “Cəngi” rəqs qrupu gözəl rəqslə hamını heyran etmişlər. Tədbir Z.Xanlarovanın ifasında səslənən “Azərbaycan” mahnısı ilə başa çatmışdır. Məktəbin foyesində mövzu ilə bağlı kitab sərgisi nümayiş etdirilmişdir. Sərginin təşkilinə M.Seyidzadə adına kitabxananın əməkdaşları köməklik göstərmişlər. Mövzunu tam əks etdirən stendlər hamını diqqətini cəlb etmişdir. S.Vurğunun ev muzeyindən gəlmiş qonaqlar məktəb kitabxanasına kitablar da hədiyyə etmişlər. Tədbir Azərtacın mədəniyyə bölməsinin saytında işıqlandırılmışdır.