“Bilsin Ana torpaq ,eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən!”

Tədbir himnlə başlanmış və hərbi geyimdə şagirdlərin zala daxil olması veteranları daha da sevindirmişdir. 13.04.2016-cı il tarixində “Yayım” Assosasiyasının dəstəyi ilə məktəbdə vətənpərvərlik mövzusuna həsr olunmuş görüş keçirilmişdir. Görüşdə Qarabağ veteranları da iştirak etmişlər. R.Cumayeva - “Veteran Qadınlar təşkilatının sədr köməkçisi, Rauf İlyas oğlu – şair publisist, Zeynalov Y, Kərimli F, Yavər Nuriyev, A.Zeynalzadə öz çıxışları ilə məktəbin şagirdlərinə tövsiyələr vermiş, alovlu müharibədən söhbət açmışlar. Məktəbin kitabxana müdiri Useynova Zemfira tədbirdə çıxış etmiş , gələn veteranlara məktəb adından təşəkkür bildirmişdir. O, qeyd etmişdir ki, vətənpərvərlik ideyalarının təbliğ edilməsində belə görüşlər önəmli xarakter daşıyır. Veteranlar məktəb kitabxanasına mövzuya uyğun ədəbiyyat və disk hədiyyə etmişlər. Tədbirin sonunda şagirdlər ayağa qalxıb Qarabağın bölünməz olduğu barədə şüarlar söyləmişlər. 15.04.2016-cı il tarixində “Bilsin Ana torpaq , eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən!!! ” adlı kitabxanada dəyirmi masa təşkil olunmuşdur. Müəllimlərdən Tağıyeva Şəfəq, Həsənov Çingiz, Şahverdiyeva Gülsüm son günlər cəbhə xəttindəki hadisələrdən ətraflı söhbət açmışlar. Kitabxana müdiri Useynova Zemfira veteranların hədiyyə etdiyi kitabların əhəmiyyətindən danışmışdır. “Yaddaş” adlı disk nümayiş etdirilmiş, vətənpərvərlik ruhunda yazılmış şeirlər , mahnılar səsləndirilmişdir. 8-ci , 9-cu ,10-cu , 11-ci sinif şagirdləri mövzu ilə bağlı öz fikirlrini vətənpərvərcəsinə söyləmişlər. Məlikova A, Kərimova R, Quliyeva A. Qeyd etmişlər ki, belə tədbirlər məktəbdə daima keçirilir və şagirdlərdə vətənpərvərlik ruhunun güclənməsinə müsbət təsir edir. Hərbi rəhbər Abdullayev Məclum oğlanların hərb sənətinə olan marağından danışmışdır. O bildirmişdir ki, ildə 1 – 2 dəfə C.Naxçıvanski adına liseyin zabitləri ilə görüş keçirilir, şagirdlərə lisey barədə məlumat verilir. Məktəbdə ilboyu mövzu ilə bağlı mühazirələr oxunur , şagirdlər referat yazılar yazırlar. Kitabxanada “Azərbaycanım” adlı daimi fəaliyyət göstərən guşədə qəhrəmanlardan ibarət bölmə təşkil olunmuşdur. Mövzunu daha da əyani izah etmək üçün vaxtaşırı sənədli , bədii filmlər və slaydlar nümayiş etdirilir. Şəhidlər xiyabanına və “Ana harayı” abidə önünə tez-tez ziyarət təşkil olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi