Məktəbimizdə "Bullinq ilə mübarizə"adlı seminar keçirildi

  Noyabrın 22-də məktəbdə sağlam və səmərəli mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılmışdır. ”Mənimlə danış”kampaniyasından bəhs edən videoçarx nümayiş olunmuşdur. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Məlikova,Uşaq Birliyi Təşkilatı Rəhbəri Vüsalə Hümbətova,labarant Gülşən Məmmədova təşkilatçılığı ilə V-VII sinif şagirdləri arasında "Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi.  Seminarda qeyd edildi ki, məktəbdə tez-tez rast gəlinən hadisələrdən biri də bullinqdir. Yəni məktəb cəmiyyətinin ən zəif üzvünün aqressiv şəkildə təqib edilməsidir. Bullinqin səbəbləri çox fərqli ola bilir: bullinqi həyata keçirənlər bullinqə məruz qalanın valideynlərindən, maddi durumundan, yaxşı oxumasından, danışıq tərzindən, geyimindən və ya hətta saç düzümündən belə xoşlanmaya bilər. Bulinqin əsas səbəbi bullinqi həyata keçirənin həsədi və ya onun zəif olanın hesabına özünü təsdiq etmək istəyidi. Sonda şagirdlərlə müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi