assembly

Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı direktoryanı müşavirə keçirilib


25.04.2024

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən, təhsilalanların inkişaf dinamikasının izlənilməsi məqsədilə vaxtaşırı müşavirələr keçirilir. 24/04/2024-cü il tarixdə keçirilmiş bu dəfəki direktoryanı müşavirədə isə, 9-cu siniflərin buraxılış imtahan nəticələri ilə bağlı müzakirə olmuşdur.
Müzakirədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və 9-cu siniflərdə  buraxılış fənlərini tədris edən müəllimlər iştirak etmişlər. Direktor müavini tərəfindən imtahan nəticələri üzrə aparılmış təhlillər və ümumi hesabat müşavirə iştirakçılarına təqdim edildi. Müzakirə zamanı nəticələrə görə, hər bir müəllimin fəaliyyəti ilə bağlı fikirlər söyləndi. Direktor Yasin Quliyev 2023/2024-cü tədris ili üzrə buraxılış imtahanında əvvəlki illərin nəticələrinə nisbətən daha yüksək nəticəyə görə, müəllimləri təbrik etmiş və onlara uğurlar arzulamışdır. Eyni zamanda şagirdləri zəif nəticə göstərən müəllimlərə iradını bildirərək müvafiq göstərişlər vermişdir və problemin həlli yolları ilə bağlı geniş çıxış etmiş,məktəbdə  əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəbin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və məktəbin idarəetmə məsələləri ilə bağlı fikirlərini bildirmişdir. Eyni zamanda təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edən direktor təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələləri də müzakirə edərək müvafiq tövsiyə və tapşırıqlar verib.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/71/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi