27 sentyabr - Anım Günüdür

Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. 

27.09.2024-cü il tarixində kitabxana müdiri Rahilə Ağacanova  və kitabxanaçı Ələviyyə Novruzovanın təşkilatçılığında liseyin kitabxanasında  "27 sentyabr-Anım Günü”- nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə liseyimizin şəhid məzunu Məmmədli Aqşin yad edildi. Liseyimizdə şəhid övladları da var. Onlardan biri 8 "A" sinif şagirdi Zeynalov Aslan Azad oğlunun atası, Zeynalov Azad 26 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalla təltif edilmişdir.  

Bu şanlı qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanllq  nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin qürurla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi