Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir

26 May 2018-ci il tarixində Binəqədi rayonu 99 saylı məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Yaşa Müstəqil Azərbaycan” mövzusunda ədəbi-bədii tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ofelya xanım açdı. O, Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Ofelya müəllimə qeyd etdi ki, bu il AXC –nin 100 yaşı tamam olur. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları bu tarixi günün təntənəli şəkildə keçirilməsi haqqında sərəncam imzalamışdı. 2018-ci il ümumilikdə Cümhuriyyət ili kimi qeyd olunur.
1.Rüstəmova Bibixanım- “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması”
2. Quliyeva Sevinc- “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”
3. Bayramova Tahirə- “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda məruzələrlə çıxış etdiər.
Tədbirdə: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Əhmədov Şirindil, Binəqədi İcra hakimiyyətinin baş məsləhətçisi Elnur Məmmədov, Azərbaycan Pedaqoji Universitetin professor Mais Əmrahov, Rəsulzadə qəsəbə bələdiyəsinin işçiləri iştirak edirdilər.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir şagirdlərin hazırladığı bir-birindən maraqlı şeirlər, rəqslər, mahnılar, kompozisya dan ibarət bədii hissə ilə başa çatdı. Tədbir iştirakçıları və qonaqlar məktəbi xoş təsüratlarla ayrıldılar.