28 may – Respublika Günü

Bu gün məktəbdə Respublika Gününə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Söz məktəbin tarix müəllimi Sevinc Quliyevaya verilib. O, çıxış edərək  28 may Respublka Günü və onun yaranma tarixi haqda ətraflı məlumat verib, bu günün tarixi əhəmiyyətindən danışıb.

Şagirdlər Respublika Gününə həsr olunmuş şeirlər söyləyib və mahnılar ifa edib. Sonda söz məktəbin direktoru Ofelya Məmmədovaya verilib. O, bu tədbirin ərsəyə gəlməsində göstərdikləri zəhmətə görə tədbir təşkilatçılarına və şagirdlərə öz təşəkkürünü bildirib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi