"Narkomaniyaya yox deyək"

Bu gün məktəbdə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib. Tədbirdə Binəqədi rayon IV Polis Bölməsinin rəisi, polkovnik-leytenant Mirbağır Bağırov və Binəqədi rayonu IV Polis Bölməsinin yetkinlik yaşına çatmayan azyaşlıların inspektoru, polis-mayoru Elçin Bəhmənov iştirak edib.

Polkovnik-leytenant Mirbağır Bağırov çıxış edərək bildirib ki, hazırda bütün dünyada qlobal problemə çevrilən narkomaniyaya qarşı mütəşəkkil mübarizə aparmaq üçün Respublikamızda da ciddi tədbirlər həyata keçirilir. Narkomaniyanın yayılmasının ağır nəticələri və törətdiyi fəsadlar haqqında çıxış edən polkovnik-leytenant azyaşlıları bu cür sağalmaz bəladan uzaq durmağı məsləhət görüb.

Şagirdlər onları maraqlandıran sualları cavablandırmaq üçün polis əməkdaşlarına suallar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi