“Futzall” idman növü üzrə siniflərarası yarış

Məktəbdə bədən tərbiyəsi müəllimləri Şamxal Əsgərov və Sərxan Həsənovun rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Futzall” idman növü üzrə VI siniflərarası yarış keçirilib. Yarışda qalib gələn şagirdlər məktəb rəhbərliyi Ofelya Məmmədova tərəfindən medal və kubokla təltif edilib.
Biz də öz növbəmizdə şagirdlərə uğurlar arzulayırıq!