HAQQIMIZDA

Məktəb 1962-ci ildə inşa edilmişdir. İki korpusdan ibarətdir. 1200 şagird tutumludur. 1609 şagird, 170 müəllim heyəti var. 2010-cu il tarixində "İlin ən yaxşı məktəbi" layihəsinin qalibi olmuşdur. Məktəbdə 1 nəfər elmlər namizədi, 1 nəfər fəlsəfə elmlər doktoru vardır. İki müəllim "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

2012-2013-cü tədris ilində 3 şagird 600 baldan yuxarı, 3 şagird 500 baldan yuxarı bal toplayaraq ali məktəbə daxil olmuşdur. 93 şagirddən 41 nəfər şagird ali məktəbə daxil olmuşdur. Həmin ildə 1 şagird bilik yarışında III yerə layiq görülmüşdür. 

2013-2014-cü tədris ilində 95 şagird ali məktəbə qəbul olmaq üçün sənəd vermiş, onlardan 52 nəfəri qəbul olmuşdur. Şagirdlərimizdən biri 600 baldan yuxarı, 4 nəfər 500 baldan yuxarı bal toplamışdır. 2014-2015-ci tədris ilində 2 nəfər 47. Beynəlxalq Kimya Olimpiadasında I-II turlarda qalib olmuşlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi bilik yarışının şəhər mərhələsində 4 şagird I yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi