Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət eidr. Bu ilki müraciət kitablara həsr olunub.

Məktəbin kitabxana müdiri Kəmalə Rüstəmova dəyirmi masa keçirərək, şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verib və gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi