Şagird-məzun sistemi, rəqəmsal platforma

Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması yaradılıb.
“Rəqəmsal məktəb” rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Bu, şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir.
Platforma vasitəsilə şagirdlər dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı əldə edəcəklər.
Məktəbimiz də "Rəqəmsal məktəb platforması"na qoşularaq, elanda göstərildiyi kimi hər həftənin II günü verilən sualların cavablandırılmasını təmin edir.