“Qisasın alındı, bil, ay Xocalı”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq , 26 fevralda məktəbdə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qisasın alındı, bil, ay Xocalı” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən məktəb direktoru Ofelya Məmmədova çıxış edərək faciə haqqında şagirdlərə məlumat verib. Şagirdlər Xocalı soyqırımı haqqında şeirlər söyləyib, mahnılar səsləndiriblər. Soyqırıma həsr olunmuş video çarxlar nümayiş etdirilib.
Şagirdlərin hazırladıqları səhnəciklərə göz yaşı ilə tamaşa edən tədbirin qonaqları sonda məktəb rəhbərliyinə, kollektivinə, şagirdlərə təşəkkürlərini bildirdilər.