Mülki Müdafiə Günü

Məktəbin Azərbaycan dili müəllimi Yeganə Rəhimovanın təşkilatçılığı ilə Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Y.Rəhimova mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydalarını izah edib.
Şagirdlər yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə haqqında məlumatlar əldə ediblər.