20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər

Binəqədi rayonu Həsən Cəbraylov adına 99 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunan açıq dərslər, dəyirmi-masalar keçirildi. Şəhidlərin əziz xatirəsini özündə əks etdirən divar qəzetləri nümayiş olundu. 19 yanvar tarixində ilk dərslər üzərindən  bir qərinə keçən Qanlı faciəyə həsr olundu.Məktəb daxilində “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi baş tutdu. Məktəb şagirdləri və müəllim kollektivi Şəhidlər Xiyabanını ziyarət etdilər.

Bahar Abbasovanın rəhbərlik etdiyi 2 "C" sinfində açıq dərs nümayiş olundu. Açıq  dərs Dövlət Himnin səsləndirilməsi ilə başladı. Dərsdə əsas məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət oldu.

Dərsi tədris edən Bahar müəllim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdı. O, eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdi. Açıq dərs zamanı videoçarxlar göstərildi və şagirdlərin hazırladıqları divar qəzetləri  nümayiş olundu. Şagirdlər Unudulmaz faciəyə həs olunan şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi