Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Yeni il şənliyi

Qarşıdan Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Hər kəs, böyükdən kiçiyə hamı, bu bayramı sevinclə qarşılayır, Yeni ilə sevinclə qədəm qoymaqa çalışır. Hər bir evde Yeni ilin rəmzi olan şam ağacı qurulur, rəngarəng oyuncaqlarla və əlvan çılçıraqlarla bəzədilir.  Bu bayramı hər kəs kimi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çox sevir.

Bu gün biz də Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəb olaraq xüsusi qayşıya ehtiyacı olan şagirdlər üçün Yeni il şənliyi təşkil etdik. Onlara dərs deyən müəllimlərin köməyi ilə məktəbin akt zalında keçirilən Yeni il şənliyində xüsusu qayğıya ehtiyacı olan şagirdləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdik.

Şənlikdə iştirak edən Şaxta baba və Qar qız, nağıl qəhrəmanları, o cümlədən kloun uşaqları çox gözəl şənləndirdilər. Hər bir uşağın üzündə sevinc, təbəssüm hissi var idi. Uşaqlar şeirlər söylədilər, kiçik səhnəciklər göstərib, rəqs etdilər.

Sonda Şaxta baba uşaqlara hədiyyələr verərək, onları sevindirdi. Şagirdlər onlar üçün təşkil olunmuş şirniyyat süfrəsinə dəvət olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi