“Müstəvi və fəza fiqurları” mövzusunda açıq dərs

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səmayə Hümbətova rəhbəri olduğu 2“A” sinfində riyaziyyat fənnindən “Müstəvi və fəza fiqurları” mövzusunda açıq dərs keçirib.

Açıq dərsdə sinif şagirdləri müstəvi və fəza fiqurları haqqında bilgilər topladılar, parta üzərinə düzülmüş fiqurlardan hansının fəza, hasının müstəvi fiqur olduğunu seçdilər. Həmin bu fiqurlardan sahibsiz heyvanlara sığınacaqlar düzətdilər.

Səmayə müəllimə şagirdlərə test şəklində fəza fiqurları çəkilmiş vərəqlər payladı, orada hansı fəza fiqurlarının neçə tili, neçə üzü olduğunu rəngli qələmlərlə rəngləyərək, onlar haqqında məlumat yazmağı tapşırdı.

Sonda şagirdlər yeni ilin simvolu olan şam ağacını bəzədilər və həmin bəzəklərdən hansı fiqurların fəza, hansı fiqurların müstəvi olduğu haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi