Zərərli vərdişlərə yox deyək

Bugün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə məktəbin psixoloqu Əlizadə Nərgiz və UBTR-i Aynurə Nərimanova məktəbin VII və VIII sinif  şagirdləri arasında " Zərərli vərdişlərə yox deyək " adlı maarifləndirici seminar keçirdi.Seminarda müəllimlər, şagirdlər, məktəb rəhbərliyi  iştirak etdi.

Nərgiz xanım şagirdlərə zərərli vərdişlər, onların orqanizmdə törətdiyi fəsadlar, bu vərdişlərdən qurtulma yolları haqqında məlumat verdi. Daha sonra uşaqlara hazırladığı sualları təqdim etdi və aktiv müzakirə açdı.Nərimanova Aynurə isə  uşaqlara mövzu ətrafında tövsiyyələrini bildirdi, valideyin, məktəb, şagird üçbucağının düzgün qurulmasına toxundu.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə zərərli vərdişlərin törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi